Türkiyədə keçirilən prezident seçkilərində istifadə edilən seçki bülletenlərinin 92%-i sayılıb. SİA xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49.76%, CHP sədri Kemal Kılıçdaroğlu 44.48, ATA ittifaqının namizədi Sinan Oğan 5.3%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 0.46% səs toplayıb.
Parlament seçkilərində səslərin 87.53%-i sayılıb. İndiki məlumata əsasən, Cumhur İttifaqı 50.11%, Millət İttifaqı 34.77%, Əmək və Azadlıq isə 9.79% səs toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB