Kiyev rusların qətllərinə sponsorluq etmir, həm də onları təşkil edir
Kreml əmindir ki, Ukrayna təkcə rus hərbçilərinə qarşı deyil, həm də siravi ruslara qarşı da hücumlarda iştirak edir. Bundan əlavə, Kiyev təkcə qətlləri maliyyələşdirmir, həm də onların ilhamvericisi və icraçısı olur.
SİA-nın əldə etdiyi məlumata görə, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Qeyd edək ki, o, bu barədə “Rossiya-1” kanalının efirində məlumat verib.
Peskov vurğulayıb ki, Ukraynanı faktiki olaraq terrorizmin himayədarı dövlətə çevrildiyini nəzərə alsaq, bu halda Moskva yeni davranış xətti quracaq.
Onu da qeyd edək ki, prezidentin mətbuat katibi Ukrayna kəşfiyyatının rəhbərinin rusların qətli ilə bağlı dediklərini dəhşət adlandırıb.
Amma...yeri gəlmişkən, bir müddət bundan əvvəl Vladimir Zelenski mayın 14-də Kiyevin mayın 3-nə keçən gecə Kremlə edilən hücumda iştirakının olmadığını bir daha bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB