Professor insan təkamülünün sonu haqqında məlumat verdi

Professor insan təkamülünün sonu haqqında məlumat verdi

Tərəqqi və müasir texnologiya əsrində insanlar maksimum rahatlıq və təhlükəsizlik şəraitində yaşamağa başlayıblar. Bundan əlavə, keyfiyyətli tibb sayəsində ölüm nisbəti xeyli azalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı rusiyalı professor Konstantin Krutovski insan təkamülünün sonu haqqında məlumat verib.

Onun sözlərinə görə, təbii seçmə kimi anlayış indiki dövrdə praktiki olaraq aktual deyil.

“İndi texnologiya mutasiyaları özləri aradan qaldırmağa imkan verir. Zədələnmiş gen variantlarını çıxara, onları normal olanlarla əvəz edə bilərsiniz. Əslində, bu, insanın bioloji təkamülünün sonudur. Yəni, indi biz onun tamamlanma ərəfəsindəyik”, - ekspert qeyd edib.

O, həmçinin əlavə edib ki, bu gün əsas təhlükə kimi süni intellekti hesab etmək olar.

Xatırladaq ki, əcnəbi alim Eliezer Yudkovski bəşəriyyəti xilas etmək üçün neyron şəbəkələri söndürməyə çağırıb.\

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə