Türkiyədə seçki qutularının 91.1 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,01 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,21 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,30 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,47 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb. SİA bu barədə TRT-yə istinadla xəbər verir ki, parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 50,66 faiz, “Millət İttifaqı” 34,45 faiz, "Əmək və Azadlıq İttifaqı" 9,49 faiz, “Ata İttifaqı” 1,93 faiz, “Sosialist Güc Birliyi” 0,24 səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB