Rusiya ordusu Ukraynaya qarşı aparılan genişmiqyaslı müharibədə ağır itkilərə baxmayaraq ciddi hərbi qüvvə olaraq qalır. Bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Kristofer Kavoli Tallində Lennart Meri konfransının müzakirə sessiyasında çıxışı zamanı bildirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Kavoli, rus qüvvələrinin döyüş meydanında tükəndiyini iddia edənlərlə razılaşmayıb.
“Quru qoşunlarının həqiqətən böyük problemləri var. Onlar həqiqətən çoxlu insan, silah və texnika itirdilər. Amma bunun müqabilində əlavə qüvvələr alıblar və indi Rusiyanın quru qoşunları başlanğıcda olduğundan daha böyükdür”-deyən generalın sözlərinə görə, Rusiya Hərbi Hava Qüvvələri yüzdən az qırıcı və bombardmançı itirib, lakin onların hələ də minə yaxın təyyarəsi var.
Bu gün rusların donanması, demək olar ki, xəsarət almayıb, kibernetik qoşunlar, kosmik qüvvələr zərər çəkməyib.
Kavolinin sözlərinə görə, Rusiya ordusunun döyüş effektivliyinin qiymətləndirilməsi ordunun bütün qollarında onun imkanları nəzərə alınmaqla qurulmalıdır. Eyni zamanda, NATO bütün sahələrdə Rusiya hərbi qüvvələri ilə qarşıdurmaya hazır olmalı və hazırlıq “daimi və fasiləsiz” olmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB