Ərdoğan irəlidədir...

Bu arada SİA CNN Türk-ə istinadən xəbər verir ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində bülletenlərin təqribən 10 faizinin yoxlanışından sonra 58,3 faiz səs toplayır.

Qeyd olunur ki, prezidentliyə namizəd Kamal Kılıçdaroğlu 35,8 faiz səs toplayır.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan prezident seçkilərində birinci turda qələbə qazanacağına əmin olduğunu bildirmişdi.

Yeri gəlmişkən, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ türk xalqının millətin və dövlətin gələcəyi ilə bağlı qərar verdiyini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə