Olaf Şolz Ukraynada sülhün əldə olunmasına qarşı çıxıb?

Olaf Şolz Ukraynada sülhün əldə olunmasına qarşı çıxıb?

Rusiyanın şərtləri ilə Ukraynada sülh əldə olunmayacaq. Bu açıqlama ilə Almaniya kansleri Olaf Şolz çıxış edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, o, öz sülh formulunu təklif edib: Rusiya qoşunlarını çıxarmalıdır, əks halda heç bir razılaşma əldə oluna bilməz.

Almaniya kansleri ilə görüşdə Vladimir Zelenski sülh danışıqlarına hazır olduğunu, ancaq Kiyevin şərtləri ilə olduğunu bildirib. Ukrayna hakimiyyəti yeni regionların Rusiyanın tərkibinə daxil olması faktını qəbul etmək istəmir. Təbii ki, yeni reallıqları nəzərə almadan sülh planını belə hesab etmək olmaz.

“Ukrayna sülhə hazırdır. Lakin bizim dəstəyimizlə onlar Rusiyanın diktə etdiyi dondurulmuş münaqişənin və sülhün olmamasını tələb edirlər”. Bunu deyən Şolz, eyni zamanda, Almaniyanın nə qədər lazım olsa, Ukraynanı dəstəkləməyə davam edəcəyini də bildirib.

Xatırladaq ki, mayın 14-də Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar aparmaq üçün Olaf Şolzun ofisinə gəlib. Qeyd edək ki, bununla bağlı Berlində təhlükəsizlik tədbirləri gücləndirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə