14 silah alverçisi saxlanılıb

Bu arada Gürcüstan polisi qeyri-qanuni silah-sursatın müəyyən edilməsi üçün reyd keçirib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, reyd zamanı 14 nəfər saxlanılıb.

Onlardan doqquz tapança, bir karabin, bir tüfəng, bir mişar ov tüfəngi, üç ov tüfəngi, bir revolver, bir avtomat, beş qumbara və yüzlərlə patron götürülüb.

Paytaxt Tbilisi və Gürcüstanın digər bölgələrində polis əməkdaşları qanunsuz silah əldə etmə, saxlama və gəzdirmə ilə bağlı 9 fakt aşkarlayıb. Deyildiyi kimi, 14 nəfər saxlanılıb.

Saxlanılan şəxslərə, onların evlərinə və avtomobillərinə baxış zamanı, yuxarıda da qeyd etdiyimiz kimi, polis tərəfindən doqquz tapança, bir karabin, bir tüfəng, mişarlanmış ov tüfəngi, üç ov tüfəngi, bir revolver, bir avtomat, beş qumbara və bir neçə yüz patron götürülüb.

“Sputnik Gürcüstan” xəbər verir ki, saxlanılanlardan 5-i artıq əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuşlardır.

Qeyd edək ki, təqsiri istintaqla sübuta yetirilən şəxsləri üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Onu da qeyd edək ki, saxlanılanların yaşı 31-64 arasında olanlardır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə