Rus kəndlərini işğal etmək, “Drujba” neft kəmərini zədələmək…

Rus kəndlərini işğal etmək, “Drujba” neft kəmərini zədələmək…

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazisinə hücumlar, o cümlədən “Drujba” neft kəmərinin partladılmasını planlaşdırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə mayın 13-də “The Washington Post” Pentaqonun internetə sızan məlumatlarına istinadən yazıb.

Yanvarın sonlarında Qərb idarəçilərinin etimadını qazandıqdan sonra Volodimir Zelenski, “The Washington Post”-a görə, Rusiyaya qarşı daha aqressiv siyasəti “bağlı qapılar arxasında” müzakirə etməyə başlayıb.

Onun planı Rusiyaya qarşı uzaqmənzilli raket zərbələrini gücləndirməkdir.

“Ukrayna lideri bağlı qapılar arxasında daha cəsarətli bir istiqamətə getməyi - Moskvaya təsir göstərmək üçün rus kəndlərini işğal etməyi təklif edib”.

Bunu Amerika nəşri yazır.

Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Rostovda yerləşdiyi yerləri məhv etmək üçün dronlardan istifadə etmək təşəbbüsü ilə də çıxış edib.

Qəzetin yazdığına görə, digər təkliflər arasında daha bir təklif var idi, o da Rusiyanın Macarıstana neft nəql etdiyi qolu olan “Drujba” kəmərini zədələməkdir.

Ukrayna sadəcə olaraq boru kəmərini partlatmalı və Viktor Orbanın Macarıstanın böyük ehtimalla Rusiya neftinə əsaslanan sənayesini məhv etməlidir.

“The Washington Post”-a görə, fikirlər Zelenskiyə məxsusdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə