Sudandan daha 132 nəfər Türkiyəyə gətirilib

Aralarında Türkiyə vətəndaşlarının da olduğu 132 nəfər Milli Müdafiə Nazirliyinin göndərdiyi hərbi təxliyə təyyarəsi ilə evlərinə qayıdıb.
Sudandan daha 132 nəfər Türkiyəyə gətirilib

Sudanda ordu ilə xüsusi təyinatlılar (Çevik Reaksiya Qüvvələri) arasında bir aya yaxındır davam edən qarşıdurma səbəbindən ölkənin müxtəlif şəhərlərində qapalı vəziyyətdə qalan Türkiyə vətəndaşlarının da olduğu 132 nəfər təxliyə edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyənin Xartum səfirliyinin təşkil etdiyi təxliyə əməliyyatı ilə Xartum və Medeni kimi bir çox şəhərdən avtobuslarla Port Sudana gətirilən, aralarında Türkiyə vətəndaşlarının da olduğu 132 nəfər Milli Müdafiə Nazirliyinin göndərdiyi hərbi təxliyə təyyarəsi ilə evlərinə qayıdıb.

Aprelin 15-də başlayan münaqişədən bəri Türkiyə quru, hava və dəniz yollarından istifadə edərək 2000-dən çox Türkiye vətəndaşını və 10-dan çox ölkə vətəndaşını təxliyə edib.

Başda paytaxt Xartum, şimaldakı Bəhri və qərbdəki Umdurman şəhərləri başda olmaqla, tərəflər arasında şiddətli qarşıdurmalar, Sudan Silahlı Qüvvələri ilə xüsusi təyinatlılar arasında humanitar yardım ehtiyaclarının ödənilməsi və yardım fəaliyyətlərinin asanlaşdırılmasını nəzərdə tutan Ciddə Bəyannaməsi və qüvvədə olan atəşkəsə rəğmən davam edir.

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında bir aya yaxındır davam edən qarşıdurmaları dayandırmaq üçün tərəflər arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar nəticəsində mayın 11-də “Ciddə Bəyannaməsi” imzalanıb.

ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində imzalanan bəyannamədə Sudan ordusu və xüsusi təyinatlıların mülki şəxslərə zərər verəcək hər hansı bir hücumdan uzaq duracağı vurğulanaraq, Sudan xalqının maraqlarının iki tərəf üçün prioritet olacağı vurğulanıb.

Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə yüksəldiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə