Türkiyənin sabiq dövlət başçısı Abdullah Gül prezident və parlament seçkilərində səsvermə hüququndan istifadə edib.
SİA-nın xəbərinə görə, o, xanımı Hayrünnisa Gül ilə birlikdə İstanbulda səs verib.
Sabiq dövlət başçısı səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
A.Gül bildirib ki, demokratiyanın ən vacib anı xalqın iradəsini ortaya qoymasıdır: “Türkiyə zaman-zaman xalqın iradəsinə müraciət edib. Bu gün vətəndaşlıq vəzifəmizi bu formada icra etdik. İnşallah, nəticə xalqımız üçün xeyirli olar. Səsvermənin sakit və qarşılıqlı hörmət mühitində keçməsini arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB