Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu prezident və parlament seçkilərində səs veriblər.
SİA Türkiyə KİV-inə istinadən xəbər verir ki, M. Çavuşoğlu Antalya, S. Soylu isə İstanbuldakı seçki məntəqəsində səs veriblər.
Onlar seçkilərin nəticəsinin xeyirli olacağına inamını ifadə edib və xalqın iradəsinə güvəndiklərini söyləyiblər.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB