Ukrayna Silahlı Qüvvələri cəbhənin bəzi sektorlarında fəallaşıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, 2-ci Ordu Korpusunun komandirinin müavini Apti Alaudinov bildirib.
Aptinin dediyinə görə, Ukrayna Silahlı Qüvvələrinin qoşunları bütün təmas xətti boyunca fəallaşmayıblar, onlar yalnız müəyyən ərazilərdə fəallaşsalar da, hətta bundan sonra da vəziyyət ciddi dəyişməyib.
Korpus komandirinin müavini nəzarət etdiyi ərazidə vəziyyətin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Alaudinovun “nəzarət etdiyi ərazi” Donetsk Xalq Respublikasının Soledarından, Luqansk Xalq Respublikasının Kremennayasına qədərdir.
Deyim ki, indi Aptinin durub “nəzarət etdiyi ərazi”dəki vəziyyəti stabil kimi, təqdim etməsi, o dəqiqə onun Ramzan “bulağından” su içdiyinə dəlalət edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB