Ordunun 19 nəfəri öldürdüyü deyilir

Ordunun 19 nəfəri öldürdüyü deyilir

Myanmada (əvvəlki adı Birma olub-A.B.) etnik silahlı təşkilatlarla qarşıdurmalardan sonra ordunun Nyaung Pin Thar kəndinə təşkil etdiyi basqın zamanı azı 19 nəfəri öldürdüyü və cəsədləri yandırdığı iddia edilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ hökumətinin maliyyələşdirdiyi Radio Free Asianın (RFA) yaydığı xəbərə görə, ölkənin Baqo bölgəsindəki Nyaung Pin Thar kəndinə daxil olan Myanma əsgərlərinin 4-ü uşaq olmaqla 19 mülki vətəndaşı öldürdüyü bildirilib.
Radio Free Asiana müsahibə verən Xalq Müdafiə Qüvvələrinin (PDF) rəsmisi mayın 10-da hərbi çevrilişə qarşı Myanma ordusu ilə PDF silahlı qruplaşması arasında baş verən qarşıdurmada 20 əsgərin həlak olduğunu, 3 hərbçinin isə əsir götürüldüyünü bildirib.
Xalq Müdafiə Qüvvələrinin rəsmisi yaşanan toqquşmalardan sonra ordunun Nyaung Pin Thar kəndinə basqın etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə