Belaruslu diplomatlar Borrelin cavabını veriblər?
Belarusa söz deyənin…

Belarusun Brüsseldəki səfirliyi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrelin Ukraynanı ikinci Belarus kimi görmək istəməməsi ilə bağlı sözlərinə cavab verib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq yazı mayın 13-də Twitter-də dərc olunub.

Beləliklə, Belarus diplomatları Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin Qərbin Ukraynanı ikinci Belarus kimi görmək istəməməsi ilə bağlı açıqlamalarına reaksiya veriblər.

Qeyd edək ki, burada söhbət Borrelin Stokholmda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı səsləndirdiyi “...biz sülh istəyirik. Amma biz təslim olmaq istəmirik. Biz Ukraynanın ikinci Belarusa çevrilməsini istəmirik”-sözlərindən gedir.

Belarusun Brüsseldəki səfirliyi baş avropalı diplomatın kifayət qədər qeyri-müəyyən bəyanatlarını şərh edərək qeyd edib ki, bununla Avropa Ukraynanı daha da məhv etmək niyyətini bir daha təsdiqləyib.

“Əvvəldən aydın idi ki, avrokratlar Ukraynanı bu gün Belarusu tanıdığımız kimi sülhsevər, sabit və yaxşı idarə olunan dövlət kimi görmək istəmirlər”.

Bunu belaruslu diplomatlar bəyan ediblər.

Qeyd edək ki, daha əvvəl Borrell Çinin mövqeyindən danışaraq bildirib ki, Çin hələ də Avropa İttifaqının mühüm tərəfdaşı olmasına baxmayaraq, bu ölkə Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqlarda vasitəçilik imkanını artıq itirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə