Zelenskinin Roma Papası Fransiskdən əsas istəyi

Zelenskinin Roma Papası Fransiskdən əsas istəyi

Artıq ötən gün Vatikanda Roma Papası Fransisk və Ukrayna prezidenti Vladimir Zelenski arasında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ilk görüş keçirilib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, görüş zamanı Roma Papasının diqqətini rusların çoxsaylı cinayətlərinə cəlb edən ukraynalı dövlət başçısı, ondan rusların Ukraynadan apardıqları uşaqların qaytarılmasına yardımçı olmasını xahiş edib.

Qeyd edək ki, yerli saytların yazdığına görə, Fransisk ilə görüşün əsas qayəsi bu olub. Belə ki, Zelenski Vatikanı Ukraynanın qanunsuz və zorla, faktiki olaraq oğurlanaraq Rusiyaya aparılan ukraynalı uşaqların geri qaytarılmasına yönəlmiş səylərinə qoşulmağa çağırıb.

Zelenski həmçinin Roma Papasından Ukrayna sülh düsturunun həyata keçirilməsinə kömək etməyi xahiş edib.

Təbii ki, bura ərzaq təhlükəsizliyi, məhbusların və deportasiya edilənlərin azad edilməsi, eləcə də ədalətin bərpası məsələləri daxildir.

Qeyd edək ki, hazırda müharibə Ukrayna ərazisində getdiyindən, sülh planı da yalnız Ukraynaya aid ola bilər.

Yeri gəlmişkən, demək olar ki, 15 aylıq genişmiqyaslı müharibə ərzində rusların Ukraynanın işğal etdikləri ərazilərindən ukraynalı uşaqları kütləvi şəkildə Rusiyaya aparıblar.

Martın sonuna qədər Ukrayna tərəfi deportasiya edilmiş 19,5 min uşağın adlarını müəyyənləşdirib. İtaliyaya səfəri zamanı Zelenski vurğulayıb ki, deportasiya olunan uşaqların sayı daha çox ola bilər, çünki işğal olunmuş bölgələrdə hazırdaazı 200 min azyaşlının olduğu ehtimal olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə