Avtobusun yük maşını ilə toqquşması 24 nəfərin ölümünə səbəb olub

Avtobusun yük maşını ilə toqquşması 24 nəfərin ölümünə səbəb olub

Zambiyada dini mərasimə gedən sərnişinləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində baş verən qəzada 24 nəfər həyatını itirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, hadisə Zambiyanın Siavonqa şəhərində baş verib.

Qəza nəticəsində 24 nəfər ölüb, sürücü də daxil olmaqla 12 nəfər ağır yaralanıb.

Zambiyada yolların pis təmiri və sürücülərin səhlənkarlığı səbəbindən yol qəzalarının tez-tez baş verdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə