Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtileu Türkiyə ilə Qazaxıstan arasındakı münasibətlərin nümunəvi səviyyədə olduğunu bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Nurtileu Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucunu qəbul edib.
Görüş zamanı ikitərəfli əməkdaşlıq və beynəlxalq ilə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qazaxıstan və Türkiyə arasında əlaqələrin nümunəvi səviyyədə olduğunu qeyd edən Nurtileu ticari-iqtisadi əməkdaşlığın, birgə layihələrin həyata keçirilməsinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir Mustafa Kapucu isə öz növbəsində ikitərəfli əməkdaşlıqda müsbət inkişaf dinamikasını yüksək qiymətləndirdiklərini və Türkiyə ilə Qazaxıstan arasında strateji əlaqələrin güclənməsinə töhfə verməyə hazır olduqlarını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB