Bu arada, İtaliyaya səfəri zamanı jurnalistlər Ukrayna prezidenti Vladimir Zelenskiyə əks-hücumun nə vaxt başlayacağı barədə sual ünvanlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, Zelenski Ukrayna qüvvələrinin buna ciddi şəkildə hazırlaşdığı gizlətməyib.
“...Biz çox ciddi hazırlaşırıq. Amma etiraf etməliyəm ki, bununla bağlı çox ciddi addımlar da tələb olunacaq. Bilirəm ki, hamımız motivasiyalıyıq. Həm də təkcə bütün bu planı bilənlər yox, gözləyən xalqımız da. Əks-hücumla bağlı sualınız Ukraynada ən aktualdır, amma təkcə Ukraynadamı? Mən sizə cavab verə bilmərəm. Amma siz bunu mütləq görəcəksiniz və Rusiya da bunu mütləq hiss edəcək”.
Qeyd edək ki, Zelenski bu fikirləri italyan jurnalistləri ilə söhbətində bildirib.
Media nümayəndələrinin əks-hücum üçün vaxt çərçivəsi ilə bağlı təkrar sualını cavablandıran Zelenski “...biz qələbəyə inanırıq və ilk mühüm addımların tezliklə atılacağına inanırıq”-deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB