Rusiya iqtisadiyyatının əsas sahələrinin milliləşdirilməsi təklifi ilə Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin çıxış edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri mayın 13-də RİA Novosti yayıb.
Beləliklə, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin iqtisadiyyatın əsas sahələrinin milliləşdirmə yolu ilə getməyi təklif edib.
“Biz əslində müharibədə iqtisadi təhlükəsizlikdən danışırıq. Və sonra növbəti addım: gəlin iqtisadiyyatımızın əsas sahələrinin milliləşdirilməsi yolu ilə gedək”, - deyə o bildirib.
Xatırladaq ki, Forumda Bastrıkin dövlət müdafiə sifarişinin icrası zamanı korrupsiya hallarından da danışıb.
Onun dediyinə görə, “...hətta müdafiə sənayesində bir çox saxtakarlıq sxemləri həyata keçirilir. Ölkənin bu çətin vaxtında müdafiə sifarişlərini yerinə yetirərkən korporasiyalarımız korrupsiya və oğurluq faktlarına yol verirlər. Amma indi, sadəcə getmək üçün başqa heç bir yer yoxdur”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB