Baxmutda xeyli sayda əsir götürülüb

Baxmutda xeyli sayda əsir götürülüb

Ukrayna qoşunları Baxmut ətrafında iki istiqamətdə irəliləyirlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu müdafiə nazirinin müavini Anna Malyar Telegram-da paylaşıb.

O vurğulayıb ki, Baxmut istiqamətində hərbi əməliyyatların episentrində vəziyyət dinamik şəkildə inkişaf edir: “Qoşunlarımız Baxmut ətrafında tədricən iki istiqamətdə irəliləyir”.

Qeyd edilir ki, hazırda aktiv döyüşlər getdiyinə görə, Malyar konkret rəqəmlərin adını çəkməkdən imtina edib.

Malyarın sözlərinə görə, ukraynalı müdafiəçilər düşməni darmadağın edirlər. O, hazırda ruslardan xeyli sayda əsir götürüldüyünü də bildirib.

Nazir müavininin dediyinə görə, şəhərin özündə vəziyyət mürəkkəb olsa da, lakin komandanlığın səriştəli planlaşdırılması və döyüşçülərimizin cəsarəti sayəsində düşmən şəhəri nəzarətə götürə bilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə