Borrelldən ukraynalılara dəstək

Borrelldən ukraynalılara dəstək

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Ukraynaya uzaqmənzilli silahların verilməsini alqışlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 13-də TASS yazıb.

Kiyevə uzaqmənzilli silahların tədarükü Avrop İttifaqı Xarici İşlər Xidmətinin rəhbəri Xosep Borrel tərəfindən təsdiqlənib. Diplomat belə bir bəyanatla Avrop İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra çıxış edib.

“Rusiya uzaq məsafədən zərbələr endirir və Ukraynaya belə məsafədən atəş açan silah lazımdır”, - Avropa diplomatiyasının rəhbəri bildirib.

Eyni zamanda, Borrell Almaniya hakimiyyətinin Kiyevə yeni böyük hərbi yardım paketi ayırmasını da bəyəndiyini bildirib.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükünü daha da artırmaq lazımdır, çünki təkcə Ukraynanın Artemovsk (Baxmut) Silahlı Qüvvələrinə döyüş əməliyyatları aparmaq üçün gündə minə yaxın mərmi lazımdır.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Londonun Ukrayna ordusuna “Storm Shadow” uzaqmənzilli qanadlı raketlər göndərdiyini təsdiqləmişdi.

Daha sonra Almaniya hökumətinin Ukraynaya ümumi məbləği 2,7 milyard avro olan yeni hərbi yardım paketinin ayrılması da məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə