Argentinada inflyasiya rekord həddə - 110 faizə yaxınlaşıb

Argentinada inflyasiya rekord həddə - 110 faizə yaxınlaşıb

Argentinada inflyasiya səviyyəsi artmaqda davam edərək, demək olar ki, 110 faizə yaxınlaşmaqdadır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN Radio Argentina saytı Respublika Statistika və Siyahıyaalma İnstitutunun məlumatlarına istinadən xəbər verir.

Hazırda 104 faiz inflyasiya qeydə alındığı ölkədə yerli analitiklər həyəcan təbili çalmağa başlayıblar.

Qeyd edək ki, ölkədə ərzağın qiymətləri artdıqca, gərginlik də artır.

“2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 8,4 faiz, məcmu (ilin əvvəlindən) artımı 32 faiz olub. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 108,8 faiz təşkil edib”.

Qeyd edək ki, bu, Respublika Statistika və Siyahıyaalma İnstitutunun məlumatında deyilir.

Rəsmi rəqəmlərə görə, hər 4-cü argentinalı yoxsulluq həddinin altındadır. Mütəxəssislərin proqnozlarına görə, il ərzində inflyasiyanın səviyyəsi 130 faizi keçəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə