Rusiya sərhədçiləri finlərin vizalarını ləğv etməyə başlayıblar. Finlandiyanın "Helsingin Sanomat" qəzetinin məlumatına görə, mayın 11-dən Vaalimaa (Rusiya tərəfində - Torfyanovka) və Nuijamaa (Brusniçnoye) sərhəd-keçid məntəqələrində bir neçə onlarla Finlandiya vətəndaşının Rusiya sərhədindən keçməsinə icazə verilməyib.
SİA-nın rusiyalı jurnalistlərdən əldə etdikləri məlumata görə, finlər adətən yanacaqdoldurma məntəqələri və mağazalar üçün Rusiyaya üz tuturlar.
Finlandiyanın cənubunda yerləşən Kymenlaakso şəhər sakinlərindən birinin dediyinə görə, bir gün əvvəl o, yanacaqdoldurma məntəqəsinə gedib, Vıborq istiqamətində alış-veriş edib. Rusiya sərhəd-keçid məntəqəsində ondan sənədlər istənilib və gözləməsi istənilib.
Sonra ona ev ünvanını, telefon nömrəsini və Rusiyadakı təyinat yerini yazmaq üçün vərəqlər verilib. O, vizanı haradan aldığını da dəqiqləşdirməli idi.
Nəhayət, Leninqrad vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin sərhəd şöbəsi tərəfindən vizanın üzərinə “Ləğv edilib” möhürü vurulmuş pasportu ona qaytarılıb.
KİV-in məlumatına görə, Vaalimaa sərhəd keçidində onunla eyni vaxtda daha üç fin də olub. Onlar da ləğv edilmiş viza ilə geri qayıtmalı olublar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB