Qirkin Ukraynanın hava hücumundan müdafiəsini tərifləyib

Qirkin Ukraynanın hava hücumundan müdafiəsini tərifləyib

Rusiyalı terrorçu İqor Strelkov (Qirkin) gözlənilmədən Bryansk vilayətində təyyarə qəzasının arxasında dayandığı iddia edilən Ukraynanın hava hücumundan müdafiəsini tərifləyib.

SİA-nın əldə etdiyi məlumata görə, Telegram kanalında Qirkin bildirib ki, o, dərin arxa cəbhəmizdə MANPADS vasitəsilə dörd hava hədəfinin bir gün ərzində birdəfəlik məhv edilməsi üçün parlaq əməliyyatı təqdir etməyə bilməz.

Maraqlıdır ki, yaşananları ironiyasız-filansız “yaxşı iş” adlandıran Qirkin, Rusiya hərbi-siyasi rəhbərliyinin nümayəndələrinin ünvanına da bir-neçə təhqiramiz ifadə işlədib.

Xatırladaq ki, bu gün, mayın 13-də günorta saatlarında Bryansk vilayətində rusların iki Mi-8 helikopteri, həmçinin bir Su-34 və bir Su-35 qırıcı-bombardmançı təyyarəsi ukraynalılar tərəfindən vurulub.

Bildirilib ki, Rusiya təyyarələri Ukrayna ilə sərhəd bölgələrini bombalamağa gedərkən vurulub.

Yeri gəlmişkən, ruslar “vurulmayıb” deyirlər, sadəcə qəzaya uğrayıblar..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə