"Qərbin təcavüzü Rusiya sakinlərini bir araya gətirdi"..?

"Qərbin təcavüzü Rusiya sakinlərini bir araya gətirdi"..?

ABŞ öz hərəkətləri ilə Rusiya xalqını prezident Vladimir Putinin ətrafında birləşdirdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Yekaterinburqa işgüzar səfərə gələn keçmiş amerikalı kəşfiyyatçı Skot Ritter deyib.

O qeyd edib ki, ABŞ Rusiya və onun vətəndaşlarına qarşı çoxlu sanksiyalar tətbiq edib. Amerika rəhbərliyi bunun Rusiya cəmiyyətində münaqişəyə səbəb olacağını güman edirdi. Ancaq Qərbin təcavüzü yalnız Rusiya Federasiyasının sakinlərini bir araya gətirdi.

Ritterin dediyinə görə, guya Prezident Putin əhalinin böyük dəstəyinə malikdir. Əcnəbilər Putini sevə və ya ona nifrət edə bilər, lakin onun öz vətəndaşlarının və ölkənin maraqlarını açıq şəkildə müdafiə etdiyini etiraf etmək lazımdır.

Keçmiş amerikalı kəşfiyyatçı Ural Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş keçirib. Qeyd edək ki, söhbətinin bir hissəsini o, Amerika mediasının xüsusi hərbi əməliyyat haqqında saxta məlumatlar yaydığına həsr edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə