Rusiya iki helikopteri və iki döyüş təyyarəsini itirib. İlkin məlumatlara görə, onların hamısı eyni hava qrupunun bir hissəsi olub və Bryansk vilayəti üzərində səmada vurulub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rusların “Kommersant” nəşri yazır.
Jurnalistlərin fikrincə, qırıcılar Ukraynanın Çerniqov vilayətindəki hədəflərə raket və bomba hücumu təşkil etməli, vertolyotlar isə düşmən atəşi ilə vurulacaqları halda Su ekipajlarını götürmək üçün onları sığortalamalı idi. Dörd, türklər demiş, uçaqın heç biri aerodroma qayıtmayıb.
Qeyd edək ki, onların pilotlarının öldüyü deyilir.
Yeri gəlmişkən, baş verənlər barədə Rusiya saytları müxtəlif variantlar səsləndirməyə başlayıblar. Amma həmən sayt və nəşrlər, yenə də türklər demiş, həmən uçaqların məhv edilməsini etiraf edirlər.
Belə ki, əksər rusiyalı mütəxəssislər Rusiya hava qrupuna düşmən təyyarə və ya helikopterlərindən hava-hava raketləri ilə hücum edildiyini iddia edirlər.
Onların etirafına görə, ruslar, çox güman ki, pusquya düşdülər.
İstintaq həmçinin, uçaqların (türklər demiş) Rusiya ərazisindən də vurula biləcəyini gizlıətmirlər. Onlara görə, qəzalarda, yəni diversantlar da iştirak edə bilər.
Nə isə, qaranlıq məsələyə oxşayır
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB