"Bizi qələbəyə qədər hələ çox uzun bir yol gözləyir"

"Bizi qələbəyə qədər hələ çox uzun bir yol gözləyir"

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Ukraynanı qələbəyə qədər hələ çox uzun bir yol gözlədiyini etiraf edib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, yerli jurnalist Dmitri Komarovla müsahibəsində o, Rusiya ilə müharibədə qalib gəlməyi bildiyini deyib.

“Mən bunun necə edilə biləcəyini, bunun üçün daha nə etmək lazım olduğunu görürəm. Amma əminəm ki, qələbəyə hələ çox uzun bir yol var. Çox uzun və çətin”.

Zalujnı deyib bunu.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı diqqəti Ukraynanın öz mövqelərini tərk etməyən və bu qələbəni yaradacaq sadə insanların sayəsində ayaqda saxladığına yönəldib. O, qeyd etdiyimiz kimi, hələ görüləcəkdə çox işlərin olduğunu gizlətməyib: “Biz bütün bunların öhtəsindən gəlib və mütləq qələbə əldə edəcəyik. Amma yenə də demək istəyirəm ki, hələlik hər şey bu sadə insanların çiynindədir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə