Berlin Kiyevə ən böyük yardım paketini hazırlayır

Berlin Kiyevə ən böyük yardım paketini hazırlayır

Berlin Kiyevə 2,7 milyard avroluq yeni hərbi yardım paketi hazırlayır. Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, paketə, 30 “Leopard” tankı, 20 “Marder” piyada döyüş maşını, dörd zenit-raket kompleksi, zirehli texnika, nəqliyyat vasitələri, kəşfiyyat pilotsuz uçan aparatları və döyüş sursatları daxildir.

Qeyd edək ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından bəri Almaniyanın ən böyük yardım paketidir.

“Der Spiegel” jurnalının yazdığına görə, bu paket son günlərdə nazirliklərlə Federal Kanslerin ofisi arasında aparılan gizli danışıqlar zamanı razılaşdırılıb.

“Deutsche Welle “yazır ki, yeni silah tədarükü mayın 14-də Aaxendə Böyük Karl Beynəlxalq Mükafatının Ukrayna Prezidenti Vladimir Zelenskiyə təqdim edilməsi ilə eyni vaxta təsadüf edir.

Yeri gəlmişkən, Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak elan edilən yardımla əlaqədar Berlinə təşəkkür edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri NATO ölkələri Kiyevə milyardlarla dollarlıq hərbi, maliyyə və humanitar yardımlar göstərib. Belə ki, Birləşmiş Ştatlar artıq Ukraynaya 70 milyard dollardan çox, Böyük Britaniyaya - təxminən on, Almaniya isə yeddi milyarddan çox vəsait ayırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə