Türkiyə Xarici İşlər Nazirliyi Sudanda ordu ilə HDK arasında imzalanan Ciddə Bəyannaməsi ilə bağlı yazılı açıqlama yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda, "Sudan Silahlı Qüvvələri ilə Sürətli Dəstək Qüvvələri arasında humanitar ehtiyacların ödənilməsini və yardım fəaliyyətlərinin asanlaşdırılmasını nəzərdə tutan Ciddə Bəyannaməsini alqışlayırıq. Ümid edirik ki, Bəyannamə Sudanda daimi atəşkəs və əhatəli dialoqun qurulmasına səbəb olacaq"- deyə qeyd edilib.
Sudanda humanitar vəziyyətin yaxşılaşdırılmasının və bütün Sudan xalqının əsas ehtiyaclarına fasiləsiz çıxışının təmin edilməsinin onların ən böyük arzuları olduğuna diqqət çəkən bəyanatda, “Türkiyə dostluq şəraitində sülh və sabitliyin bərqərar olması üçün hər cür dəstəyi verməyə hazırdır" ifadələrindən istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB