Rusiya ordusuna məxsus Su-34 döyüş təyyarəsi qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayətində qəzaya uğradığı bildirilib.
“Su-34 qırıcısı Ukrayna sərhədi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olanların taleyi müəyyənləşdirilir”, - deyə məlumat verilib.
Ölkənin Fövqəladə Hallar Xidməti bildirib ki, hazırda qırıcının qəzaya uğramasının səbəbləri araşdırılır.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB