Zelenski İtaliya Prezidenti ilə görüşüb

Zelenski İtaliya Prezidenti ilə görüşüb

24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra ilk dəfə İtaliya paytaxtına gələn Vladimir Zelenski İtaliya prezidenti Mattarella ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mattarella Zelenskini Quirinal adlanan prezident sarayında rəsmi mərasimlə qarşıladıqdan sonra görüş baş tutub.

İtaliya Rəyasət Heyətinin mənbələrindən əldə edilən məlumata görə, Mattarella Zelenskiyə tam dəstəyini ifadə edib. Zelenski isə Ukraynaya verdiyi dəstəyə görə İtaliyaya təşəkkür edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə