Evin damını deşən qara metalın nə olduğu açıqlanıb

Evin damını deşən qara metalın nə olduğu açıqlanıb

ABŞ-ın Nyu Cersi ştatında evin damına ölçüsü 10-15 santimetr olan “metal əşya” düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ailə ştatın Hopevel şəhərində yerləşən evin damında deşik olduğunu və kartof böyüklüyündə olan qara obyektin “isti” olduğunu qeyd edib. Ev sakinləri hadisədən xəsarət almadan xilas olarkən, polis əşyanın 1 kiloqram 800 qram ağırlığında olduğunu açıqlayıb.

Nyu Cersi Universitetinin alimləri mayın 9-da evin damını deşərək evin içinə düşən daşın 4,5 milyard illik meteorit olduğunu açıqlayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə