Səfir Cənubi Afrika hökumətindən üzr istədi

Səfir Cənubi Afrika hökumətindən üzr istədi

ABŞ-ın Pretoriyadakı səfiri Ruben Brigeti Cənubi Afrika Respublikasının Rusiyaya silah və sursat satdığını iddia edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu hadisədən sonra Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyi tərəfindən verilən bəyanatda səfir Brigetinin Rusiyaya silah və sursat satışı ilə bağlı verdiyi açıqlama və davranışlarına görə nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda qeyd olunub ki, nazirlikdə keçirilən görüşdə Cənubi Afrika hökumətinin bu məsələ ilə bağlı narahatlığı səfir Brigetiyə çatdırılıb.

Səfirin bu davranışının iki ölkə arasındakı səmimi münasibətlərə zidd olduğu və çaşqınlıq yaratdığına diqqət çəkən açıqlamada, “Bugünkü görüşdən sonra səfir Reuben Brigety sərhədi keçdiyini etiraf edərək Cənubi Afrika hökuməti və xalqından qeyd-şərtsiz üzr istəyib" ifadələrindən istifadə edilib.

Bəyanatda Brigetinin iddialarını araşdırmaq üçün təqaüddə olan hakimin sədrliyi ilə müstəqil araşdırmaya başlanıldığı və aşağıdakı ifadələrin yer aldığı qeyd edilib: “Cənubi Afrika ABŞ-ın Pretoriyadakı səfirliyini ikitərəfli münasibətlərdə yarana biləcək hər hansı narahatlıqları və ya anlaşılmazlıqları aydınlaşdırmaq üçün mövcud diplomatik kommunikasiya kanallarından istifadə etməyə çağırır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə