Krımın Cankoy rayonunda Mi-28 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Krım Respublikasının Cankoy rayonunda planlı təlim uçuşunu yerinə yetirərkən Mi-28 helikopteri qəzaya uğrayıb. Uçuş döyüş sursat yükü olmadan həyata keçirilib. Yerdə dağıntı olmayıb. Hər iki pilot həyatını itirib”, - deyə nazirlikdən bildiriblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzanın ilkin səbəbi texniki nasazlıqdır. Qəzanın bütün səbəblərinin və baş vermə şəraitinin aydınlaşdırılması üçün hadisə yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanlığının komissiyası göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB