Ruslar Qara dənizə iki reaktiv daşıyıcı aparat gətirib

...bu da yüksək təhlükədir
Ruslar Qara dənizə iki reaktiv daşıyıcı aparat gətirib

Ruslar Qara dənizə iki reaktiv daşıyıcı aparat gətiriblər. “Cənub” əməliyyat komandanlığının məlumatına görə, akvatoriyada vəziyyət xeyli dəyişib.

SİA bu barədə Ukrayna saytlarına istinad edir.

“Düşmən Qara dənizdə yerüstü və sualtı raketdaşıyıcılarını döyüş növbəsinə çıxarıb. Beləliklə, 12-yə qədər “Kalibr” tipli raket buraxılış üçün hazır ola bilər”.

Qeyd edək ki, bunu Ukrayna komandanlığına istinad edən yerli saytlar yazır.

Hərbçilər vurğulayırlar ki, hazırda raket təhlükəsi səviyyəsi artırılıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə