İlan adasını azad etmək niyə vacib idi

İlan adasını azad etmək niyə vacib idi

Bu arada Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı İlan (Zmeynı) adasının azad edilməsinin nə üçün vacib olduğunu açıqlayıb.

Beləliklə, SİA-nın Ukraynanın “UNİAN” saytından əldə etdiyi məlumata görə Valeri Zalujnı deyib: “ İlan adası Ukrayna sərhədlərinin müdafiəsi üçün strateji əhəmiyyət kəsb etmir, ona görə də ruslar o vaxt insanları, silah və raketləri ora çəkməklə çox böyük səhvə yol vermişdilər”.

Zalujnı, rusların adada yerləşdirməyə can atdıqları hava hücumundan müdafiə sistemlərinin Ukrayna raketlərinin işinə ciddi maneə ola biləcəyini də gizlətməyib.

Qeyd edək ki, Odessanın cənubundakı İlan adası işğalın ilk günündə ruslar tərəfindən tutulmuşdu. Ada uğrunda bir neçə ay davam edən döyüşlərdən sonra ruslar adadan qaçmaq qərarına gəldilər və bunu “xoş niyyətin hərəkəti” adlandırdılar.

Beləliklə, 4 iyul 2022-ci ildə adanın üzərində yenidən Ukrayna bayrağı qaldırıldı. İlan adasında hərbi qarnizonu tərk etməmək qərara alındı, çünki onu Rusiya raketləri və təyyarələri təhdid edəcəkdi.

Xatırladaq ki, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov da İlan adasının Rusiya işğalından azad edilməsinin nə üçün vacib vəzifə olduğunu izah edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə