Ötən gün, mayın 12-də Belçika hökuməti Ukraynaya ümumi dəyəri 92 milyon avro olan yeni yardım paketi təqdim etdiyini açıqlayıb. SİA-nın əldə etdiyi məlumata görə, Belçika hökumətinin saytında, Ukraynanın Rusiya Federasiyasına qarşı əks-hücumunu hazırladığı bir şəraitdə Ukrayna əhalisinə də dəstək vermək lazım olduğunu bildirilir.
Qeyd olunur ki, bu vəsait Belçikada dondurulmuş Rusiyanın maliyyə aktivlərindən vergi daxilolmaları hesabına əldə edilib. Məbləğin yarısı, yəni 46 milyon avro yeni hərbi yardım, xüsusilə zirehli texnika, silah və sursat üçün nəzərdə tutulub. Çatdırılmaların mümkün qədər tez həyata keçirilməsi gözlənilir.
Daha 46 milyon avro isə Ukrayna əhalisini dəstəkləmək və Belçikanın diplomatik mövcudluğunu gücləndirmək üçün ayrılacaq. Bunlardan 24 milyon avro humanitar yardımın artırılmasına yönəldiləcək ki, bu da BMT ilə razılaşdırılaraq, böyük şəhərlər və müharibə bölgələrində təhsil, səhiyyə, eləcə də ərzaq təhlükəsizliyi üçün paylanacaq.
Yeri gəlmişkən, Ukraynanın bərpası üçün Avropa İnvestisiya Bankı və Dünya Bankının vəsaiti hesabına 8 milyon avro ayrılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB