ABŞ İranla müharibəyə can atmır...

ABŞ İranla müharibəyə can atmır...

ABŞ Müdafiə Nazirliyi Fars körfəzində hərbi mövcudluğunu gücləndirmək üçün bir sıra addımlar atacaq. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mayın 12-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu, İrandan beynəlxalq ticarət gəmilərinə dəfələrlə təhdidlər edilməsi ilə bağlı zəruridir.

Bununla belə, Kirbi qeyd edib ki, Pentaqonun Mərkəzi Komandanlığı yaxın vaxtlarda bu məsələ ilə bağlı ətraflı məlumat verəcək.

Eyni zamanda Ağ Evin sözçüsü onu da vurğulayıb ki, Vaşinqton Tehranla münaqişənin eskalasiyası axtarışında deyil.

Yeri gəlmişkən, daha əvvəl Con Kirbi ABŞ-ın İranla müharibəyə can atmadığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə