Bu arada Fransanın “Pernod Ricard” şirkəti Rusiyadakı fəaliyyətini dayandıracağını açıqlayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq bəyanat şirkətin saytında dərc olunub. “Pernod Ricard” bu ilin aprelində Rusiyaya yeni məhsul tədarükünü dayandırdı, indi onun vəzifəsi qalıqları satmaq və fəaliyyətini məhdudlaşdırmaqdır.
Qeyd edək ki, “Pernod Ricard” dünyanın ikinci ən böyük şərab və spirtli içki istehsalçısıdır. Burada “Martell” konyak, “Chivas Regal”, “Jameson” və “Ballantine's” viskisi, “Beefeater cin”, “Absolut” arağı, “Olmeca” tekila (güclü spirtli içki) və başqaları kimi məşhur brendlər istehsal olunur.
Yeri gəlmişkən, “Pernod Ricard”ın nümayəndəsi Just Drinks profil nəşrinə şərhində, Rusiyadakı nümayəndəliyinin bağlanmasından sonra 300-ə yaxın işçinin işini itirəcəyini də bildirib. O, həmçinin qeyd edib ki, şirkət “əlverişli şərait yarandıqda” Rusiya bazarına qayıtmağı nəzərdən keçirəcək.
Xatırladaq ki, mətbuat bəyanatında şirkət nümayəndəsi “Pernod Ricard”ın elə əvvəldən Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pislədiyini, ukraynalılarla həmrəylik ifadə etdiyini və Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq sanksiyalara əməl etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB