Çin Rusiyanı Ukraynadakı münaqişəni dayandırmağa inandırmasa, Avropa İttifaqı ilə Çin münasibətləri normal inkişaf etməyəcək.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə cümə günü Avropa İttifaqı xarici işlər nazirlərinin Stokholmda keçirilən qeyri-rəsmi görüşündən sonra Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.
"Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa, Avropa İttifaqı ilə Çin münasibətləri normal inkişaf etməyəcək", - Borrel bildirib.
Aİ-nin xarici siyasət xidmətinin rəhbəri qeyd edib ki, Avropa İttifaqının “Çinlə iki strateji təhlükəsizlik problemi var: Tayvan və Ukraynadakı münaqişə”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB