Kalininqradın adının dəyişdirilməsi ilə bağlı Litvanın təklifi

Kalininqradın adının dəyişdirilməsi ilə bağlı Litvanın təklifi

Bu arada Litva da Polşadan nümunə götürərək Rusiyanın Kalininqrad şəhərinin adını dəyişmək qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, belə bir təşəbbüslə litvalı deputatlar Vilius Semeşka və Paule Kuzmickene çıxış ediblər.

Beləliklə, Litvada parlamentarilər Kalininqradın (Kalininqradаs) adının hazırkı variantının litva dilində “kral dağı” mənasını verən Karalyauçius (Karaliaucius) olaraq dəyişdirilməsi təklifi ilə Dövlət Dil Komissiyasına müraciət ediblər.

Qeyd edək ki, deputatlardan biri Paude Kuzmickenenin sözlərinə görə, Rusiya şəhərinin adının dəyişdirilməsi Kalininqrad vilayətini “Baltik dil identikliyi”ni qaytaracaq. ə

Onu da xatırladaq ki, daha əvvəl analoji qərar Rusiyanın Kalininqrad şəhərinin adının Krulevets adlandırıldığı Polşada da verilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə