Aleksandr Lukaşenko Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə sammitdə iştirak etməyə razılıq verib.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreşə göndərilmiş cavab məktubunda deyilir.
Belarus Prezidenti Aleksandr Lukaşenko BMT-nin baş katibi Antonio Quterreşin 2023-cü ilin sentyabrında keçiriləcək Dayanıqlı İnkişaf Məqsədləri üzrə sammitdə iştirak etmək dəvətini qəbul edib.
Qeyd edək ki, Belarus prezidenti ölkəsinin bu təşəbbüsü alqışladığını və qarşıdan gələn sammitin aralıq nəticələrinin yekunlaşdırılması üçün yaxşı fürsət hesab etdiyini bildirib.
“Əminəm ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün milli səviyyədə işin səmərəli təşkili sahəsində Belarusun təcrübəsi BMT-nin bir çox digər üzv dövlətləri üçün maraqlı və faydalı olacaqdır. Şübhəsiz ki, biz bunu Sammit zamanı bölüşməyə hazırıq”.
Bundan əlavə, Lukaşenko qarşıdan gələn sammitin davamlı inkişaf planlarına nail olmaq yolunda problemlərin aradan qaldırılmasına kömək etmək üçün ideya və təşəbbüslər mənbəyinə çevrilməsinin zəruriliyinə diqqət çəkib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB