Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun Rusiya Federasiyasının ölkədəki seçkilərə müdaxilə etdiyi iddiası ilə bağlı ittihamına cavab verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri yerli “Sabah” qəzeti yayıb.
Ərdoğanın fikrincə, Kamal Kılıçdaroğlu bu açıqlamadan utanmalıdır.
“ABŞ, Fransa, Almaniya, Böyük Britaniyanın Türkiyədəki seçkilərə müdaxilə etdiyini desəm, nə cavab verəcəksiniz?”.
Türkiyə prezidenti bunu Kılıçdaroğluna xitabən soruşur.
Xatırladaq ki, bundan əvvəl Cümhuriyyət Xalq Partiyasının başqanı və Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu Rusiyanı sui-qəsddə ittiham edərək, ölkədən “əllərini çəkməyə” çağırıb.
Bu arada Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada Rusiyanın heç bir şəkildə digər dövlətlərin seçki proseslərinə müdaxilə etmədiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB