Priqojin cəbhənin “xırdalandığını” və 5 km-in itirildiyini qışqırır…

Rusiya Federasiyası Baxmut yaxınlığındakı geri çəkilməni etiraf etdi
Priqojin cəbhənin “xırdalandığını” və 5 km-in itirildiyini qışqırır…

...Rusiya üçün qlobal faciə qaçılmazdır. SİA-nın əldə etdiyi məlumata görə, bunu “Vaqner” PMC-nin lideri Yevgeni Priqojin Rusiya hakimiyyətinin Baxmut istiqamətində “taktiki” geri çəkilməsini açıq şəkildə etiraf etməsi fonunda bildirib.

Priqojin yeni videomüraciətində hazırda Rusiya Müdafiə Nazirliyi bölmələrinin cinahlardan qaçdığını, təkcə bu gün 5 kvadrat\kilometr ərazi itirildiyini bildirib.

“Vaqner” lideri, hazırda Çasov Yar-Baxmut yolunun itirildiyini, eləcə də bütün taktiki yüksəkliklər Ukrayna hərbçiləri tərəfindən ələ keçirildiyini deyib.

Qeyd edək ki, Priqojin, Ukrayna Silahlı Qüvvələrinin Berxovkaya girəcəyi təqdirdə rus qrupunun mühasirəyə alınacağını proqnozlaşdırıb.

“Yoldaş Konaşenkov (RF Müdafiə Nazirliyinin nümayəndəsi – A.B.), yumşaq desək, oyun oynayırdı: bu, taktiki geri çəkilmə deyildi, sadəcə qaçıb aradan çıxmaqdır”.

Doğrudan da Priqojin “əsəbləşməsin, neyləsin”?

Qeyd edək ki, Priqojin hələ də ona silah sursat verilməməsindən şikayətlənir.

Hazırda isə “cinahlar dağılır, cəbhə uğursuz olur və Rusiya Müdafiə Nazirliyinin informasiya sahəsində vəziyyəti düzəltmək cəhdləri Rusiyanın qlobal faciəsinə gətirib çıxaracaq”.

“Uzun müddətdir xəbərdarlıq etdiyim şey baş verməyə başlayır”. Bunu da Priqojin bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə