Tripoli ilə İstanbul arasında gəmi səfərləri başlayıb

Tripoli ilə İstanbul arasında gəmi səfərləri başlayıb

Liviyanın paytaxtı Tripoli ilə İstanbul arasında gəmi səfərlərinin başladığı bildirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Misrata Dəniz Vağzalının "Facebook" hesabından edilən paylaşımda "Kevalay Queen" gəmisi paytaxt Tripolidən İstanbula ilk səfərində İstanbulun Zeyport Limanına getmək üçün Tripolidəki əş-Şiab Limanından ayrıldı" deyilib.

Paylaşımda "Kevalay Queen" gəmisinin, sərnişinlərin və ekipajın fotoları da yer alıb.

Xatırladaq ki, 25 ildən sonra "Karanfil Group", "Kevalay Tourism" və Liviya Dəmir-Polad şirkəti (LISCO) ortaqlığı ilə 1 dekabr 2021-ci il tarixində Liviyanın Misrata şəhəri ilə İzmir arasında gəmi səfərləri başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə