Dmitri Medvedev Vladimir Zelenskinin Rusiya hakimiyyəti ilə bağlı açıqlamalarına kifayət qədər kəskin reaksiya verib və bildirib ki, Ukrayna prezidenti öz həyatına Hitler kimi son qoyacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavininin müvafiq yazısı bu gün, mayın 12-də özünün Telegram səhifəsində dərc olunub.
Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya rəhbərliyinin “öz ölümü ilə bitməyəcəyi” ilə bağlı təxribat xarakterli bəyanatını şərh edərək, həmişəki istehzası ilə Kiyev rejiminin başçısının taleyini proqnozlaşdırıb.
Qeyd edək ki, Medvedevin, Zelenskinin “qorxaqcasına intihar” edərək öz əli ilə “yoxa çıxmaq” şansı olduğunu da istisna etməyib.
Zelenskinin Kremldəki hər kəsə ölüm arzuladığına diqqət çəkən Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini, “kimin necə öləcəyini bilmədiyini çünki Rəbbin yolları ağlasığmazdır” deyərək, Ukrayna prezidentinə qorxaqcasına da olsa it zəhərini udub intihar etməyi məsləhət görüb.
Xatırladaq ki, Vladimir Zelenski bir müddət bundan əvvəl BBC-nin Qərb jurnalistlərinə müsahibəsində Kremldə olanların hamısına ölüm arzuladığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB