"Avroviziya" Zelenskinin çıxış etmək tələbini rədd edib. SİA xarici KİV-ə istinadən bildirir ki, Avropa Yayım Birliyi Ukrayna prezidenti Vladimir Zelenskinin bu il 67-ci dəfə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinin final hissəsində videokonfrans vasitəsilə çıxış etmək xahişini rədd edib.
Müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) Zelenskinin videokonfrans vasitəsilə müsabiqəyə qoşulmaq istəyini qəbul etməyib. Rusiyanın Ukraynaya hücumlarına başladığı gündən beynəlxalq görüşlərə video ilə qatılan Zelenskinin mahnı yarışmasında iştirakçılara müraciət etməsinin “müsabiqənin siyasiləşdirilməsini” əsas gətirən "EBU" çıxışlar zamanı heç bir siyasi bəyanat verilməməsini xahiş edir.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB