Jozep Borel Ukrayna ilə bağlı sülh perspektivlərini dəyərləndirib

Jozep Borel Ukrayna ilə bağlı sülh perspektivlərini dəyərləndirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Ukrayna ilə bağlı sülh perspektivlərini dəyərləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Borel bu barədə tviter səhifəsində paylaşım edib.

"Mən də tezliklə sülh olmasını istəyirəm. Hamıdan çox isə ukraynalılar sülh istəyir. Amma necə bir sülh? Azadlıqları əlindən alınmış vəziyyətdə buraxılmış, işğal olunmuş bir ölkə ilə? Elə buna görə də Ukraynanı dəstəkləməyə davam etməliyik", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə