İlon Mask istefa verib

"Tvitter"in baş direktoru İlon Mask şirkət üçün yeni baş direktoru işə götürdüyünü açıqlayıb. SİA xəbər verir ki, Mask yeni icraçı direktorun 6 həftə sonra işə başlayacağını bildirib.

Mask "Tvitter" hesabında etdiyi paylaşımda, "Tvitter" üçün yeni "CEO" işə götürdüyümü elan etməkdən çox həyəcanlıyam. Təxminən 6 həftə sonra başlayacaq" dedi.

Maskın paylaşımından yeni "CEO"-nun qadın olacağı anlaşılsa da, ad verilməyib.

Mask şirkətin idarəçiliyini təhvil alacaq qədər “axmaq” birini tapan kimi "Tvitter"in baş direktoru vəzifəsindən istefa verəcəyini, sonra isə yalnız proqram təminatı və server komandalarını idarə edəcəyini bildirib.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə